Bank Of Baku

Türkiyənin “Qalatasaray” klubunun maliyyə qurultayı başlayıb-YENİLƏNİB

Türkiyənin “Qalatasaray” klubunun maliyyə qurultayı başlayıb-<font color=red>YENİLƏNİB</font>
# 27 mart 2011 12:50 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbuldakı Lutfi Kırdar konqres mərkəzində başlayan qurultayda klub idarə heyətinin üzvləri sədarətdə yerlərini alıblar.

Maliyyə qurultayında “Qalatasaray”ın prezidenti Adnan Poladın başçılığı altında fəaliyyət göstərən idarə heyətinin son ildəki xərclərinin balansı səsə qoyulacaq.

Başda “Qalatasaray” Təhsil Fondunun prezidenti Adnan Kıraç olmaqla bir qrup Adnan Poladın və sədrlik etdiyi idarə heyətinin istefa verməsini, növbədənkənar qurultay keçirilməsini tələb edir.

Qeyd edək ki, A. Kıraç mediaya açıqlamasında klubun son ildəki xərclərinin təsdiq edilə bilməyəcəyini deyib.

“Qalatasaray”ın prezidenti Adnan Polad qurultayındakı çıxışında ona və idarə heyətinə müxalif olanlara sərt cavab verib. O deyib ki, klubun ötən ilki xərclərinin təsdiq edilməsinin qarşılığında növbədənkənar qurultay təklifini qəbul etməyib: “ Mən bunu qəbul etmirəm. Qalatasaray demokratik qaydaların işlədiyi klubdur, ona görə də hamını demokratiyaya hörmət etməyə çağırıram”.

A. Poladın çıxışı zamanı salondan etirazlar edilib. Poladın çıxışını idarə heyətinin 3 üzvü alqışlamayıb.

Bir az sonra klubun 2010-cu il büdcəsinin icrasına dair səsvermə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR