Bank Of Baku

Türkiyənin “Qalatasaray” klubunun İdarə Heyəti istefaya göndərilib

Türkiyənin “Qalatasaray” klubunun İdarə Heyəti istefaya göndərilib
# 27 mart 2011 20:38 (UTC +04:00)
İstanbul-APA. Türkiyənin “Qalatasaray” futbol klubunun maliyyə qurultayı başa çatıb. APA-nın xəbərinə görə, 9 saat davam edən qurultayda klubun maliyyə hesabatı qənaətbəxş sayılıb və qəbul edilib. Lakin klubun idarəçilərinin fəaliyyəti qənaətbəxş hesab edilməyib və idarə heyətinin
buraxılmasına qərar verilib.

Qərara görə, 30 gün müddətində növbədənkənar qurultay keçiriləcək. İndiki İdarə Heyətinin üzvlərindən heç birinə növbəti dəfə namizəd olmaq şansı da tanınmayıb.

A. Polad qərara “bugünkü qərarların “Qalatasaray”a problem yaratmayacağına ümid etdiyini” deməklə münasibət bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR