Bank Of Baku

Kamran Ağayev: “Biz Belçikaya qələbə qazanmaq üçün gəlmişik”

Kamran Ağayev: “Biz Belçikaya qələbə qazanmaq üçün gəlmişik”
# 28 mart 2011 12:11 (UTC +04:00)
Bakı – APA. “Biz bura nəticə, konkret qələbə dalınca gəlmişik. İnşallah, Belçika ilə oyunda 3 xalı da bizim komanda qazanacaq”. Apasport.az saytının Brüsselə ezam olunan əməkdaşının xəbərinə görə, bu sözləri Azərbaycan futbol yığmasının qapıçısı Kamran Ağayev deyib.

Milli komandamız 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində sabah Brüsseldə Belçika yığmasının qonağı olacaq. Oyun öncəsi təşkil olunan mətbuat konfransında Ağayev iddialı danışıb: “Mən qələbəyə inanıram. İnanmasaydım, heç bura gəlməzdim. Yığmada təsadüfi futbolçular yoxdur, hamı güclü oyunçulardır”.

Qeyd edək ki, Belçika – Azərbaycan oyunu sabah Bakı vaxtilə saat 23:45-də başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR