Bank Of Baku

Berti Foqts: “Problem yoxdur, istefa verə bilərəm!”

Berti Foqts: “Problem yoxdur, istefa verə bilərəm!”
# 30 mart 2011 09:58 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Belçika yığmasına 1:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransına ilk daxil oldu. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, orada belçikalı həmkarlarımız da iştirak etsə də, almaniyalı mütəxəssisə sualları yalnız azərbaycanlı jurnalistlər verdi. Adəti üzrə ilk olaraq oyun haqda fikirlərini bildirən Foqts sözlərinə Belçika yığmasını qələbə münasibətilə təbrik etməklə başladı və bunu iki dəfə qeyd etdi.

“Belçika yığmasını qələbə münasibətilə təbrik etmək istəyirəm. Oyun haqda onu deyə bilərəm ki, rəqib bu gün bizdən güclü idi. İlk hissədə sürətli futbol nümayiş etdirdik. Hiss olunurdu ki, Belçika səfərdə Avstriyaya qalib gəldiyindən, meydana arxayın çıxmışdı. Buraxılan ilk qoldan sonra öz oyunumuzu itirmədik, tapa bildik. Nəticədə hesabı bərabərləşdirməyə müvəffəq olduq”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Belçika millisinə 1:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Təəssüflər olsun ki, qapımıza 11 metrlik cərimə zərbəsi təyin edildi və bu, oyunun gedişini dəyişdirdi. İkinci hissədə yaratdığımız imkanlarla kombinasiyalı oyun nümayiş etdirə bildik. Ancaq bizdə son ötürmə alınmırdı. Təəssüflər olsun ki, öz səhvlərimizdən qollar buraxdıq. Mən doğrudan da inanıram ki, Belçika bu qrupda 2-ci güclü komandadır”.

Foqts lazım gələrsə, istefa verəcəyini də istisna etməyib: “İstefa? Problem yoxdur, lazımdırsa, gedə bilərəm! Bunu tələb edirlərsə, mənim heç bir problemim yoxdur. Ancaq bu qərarı AFFA qəbul edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR