Bank Of Baku

Berti Foqts milli komandaya 28 futbolçu çağırdı

Berti Foqts milli komandaya 28 futbolçu çağırdı
# 04 aprel 2011 10:29 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan milli komandası növbəti toplanışa hazırlaşır. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Berti Foqts aprelin 11-dən 14-dək Bakıda keçirəcəyi toplanışa 28 futbolçu çağırıb.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Andrey Popoviç (“Abşeron”)

Müdafiəçilər: Rəşad Sadıqov, Qara Qarayev, Maksim Medvedev (hamısı “Qarabağ”), Saşa Yunisoğlu (“Qəbələ”), Vladimir Levin (“İnter”), Vurğun Hüseynov (“Turan”), Rail Məlikov (“Neftçi”), Cəmşid Məhərrəmov (“Bakı”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”)

Yarımmüdafiəçilər: Ruslan Abışov, Cavid Hüseynov, Araz Abdullayev, Amit Quluzadə (hamısı “Neftçi”), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi “Xəzər Lənkəran”), Aleksandr Çertoqanov (“İnter”), Mahir Şükürov (klubsuz), Əfran İsmayılov, Elvin Məmmədov, Samir Abasov (hamısı “Qarabağ”), Arif İsayev (“Qəbələ”)

Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (“Qarabağ”), Vaqif Cavadov (“Bakı”), Murad Hüseynov (“Qəbələ”).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR