Bank Of Baku

“Qalatasaray” 15 futbolçu ilə vidalaşır

“Qalatasaray” 15 futbolçu ilə vidalaşır
# 11 aprel 2011 09:57 (UTC +04:00)
Bakı – APA. Tarixinin ən uğursuz mövsümünü keçirən “Qalatasaray” futbol komandası böyük dəyişiklər astanasındadır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda Superliqanın turnir cədvəlində 14-cü pilləsində qərarlaşan “Cim Bom” 15 futbolçu ilə yollarını ayırır.

Bunlardan 7 futbolçu - Harri Kyuell, Lukas Neyl, Aydın Yılmaz, Barış Özbək, Ufuk Ceylan, İnsua, Gökhan Zan göndəriləcək.

Digər 6 nəfər - Ayhan Akman, Mustafa Sarp, Hakan Balta, Zapata, Stanku, Culio satışa çıxarılacaq. Komandanın liderləri olan kapitan Arda Turanla əsas qol ümidi Milan Baroş isə özləri getmək istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR