Bank Of Baku

Uli Ştayn: “Kamran Ağayevin səviyyəsi “Ayntraxt”da çıxış etmək üçün kifayətdir”

Uli Ştayn: “Kamran Ağayevin səviyyəsi “Ayntraxt”da çıxış etmək üçün kifayətdir”
# 21 aprel 2011 10:21 (UTC +04:00)
Bakı – APA. “Kamran Ağayev kimi oyunçunun yeri Bundesliqadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin məşqçisi Ulu Ştayn deyib.

Almaniya futbolunun əfsanəvi qapıçılarından olan mütəxəssis yığmamızın üzvü ilə çalışır. O, alman həmkarlarımıza açıqlamasında yığmamızın və “Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevi tərifləyib: “O, Almaniya çempionatında oynamalıdır. Onun səviyyəsi “Ayntraxt”da çıxış etmək üçün kifayətdir”.

Qeyd edək ki, Ağayevin Almaniyada oynaması üçün çalışan Ştayn əvvəllər onu digər Bundesliqa klubu “Köln”ə məsləhət görmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR