Bank Of Baku

Adnan Polat “Qalatasaray” komandasında keçiriləcək prezident seçkilərinə qatılmayacaq

Adnan Polat “Qalatasaray” komandasında keçiriləcək prezident seçkilərinə qatılmayacaq
# 21 aprel 2011 11:04 (UTC +04:00)
Bakı – APA. “Qalatasaray” komandasının prezidenti Adnan Polat mayda keçiriləcək seçkilərlə bağlı mövqeyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bəzi konqres üzvlərinin yenidən prezident kimi görmək istədiyi Polat tərəfdarlarını məyus edib.

O bildirib ki, seçkilərə qatılmaq fikrində deyil: “Seçkilərdə namizəd olmayacağam. Çox yorulmuşam. Artıq işlərimə ara verib, ailəmə vaxt ayırmaq istəyirəm”.

Qeyd edək ki, mayın 14-də keçiriləcək prezident seçkilərində Ünal Aysal, Mehmet Helvaçı və Turqay Kıran iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR