Bank Of Baku

FİFA Estoniya – Bolqarıstan matçının nəticəsini ləğv edib

FİFA Estoniya – Bolqarıstan matçının nəticəsini ləğv edib
# 22 aprel 2011 10:11 (UTC +04:00)
Bakı – APA. FİFA bu ilin fevralında keçirilən Estoniya – Bolqarıstan oyunu ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, danışılmış olduğu ehtimal edilən və 2:2 hesabı ilə başa çatan yoldaşlıq matçının nəticəsi ləğv olunub.

4 penaltinin verilməsindən şübhələnən ali futbol qurumu hələ martın 10-da başladığı araşdırmalar nəticəsində bu qərarı verib. Həmin görüş komandaların FİFA reytinqi hesablanarkən, nəzərə alınmayacaq.

Bundan başqa, matçın nəticəsinin ləğvi həmin qarşılaşmada iştirak edən futbolçuların fərdi statistikasına təsir göstərəcək. Yəni, FİFA futbolçuların oyun və qol göstəricilərini nəzərə alınmayacaq. Həmin görüşdə 90+1-ci dəqiqəyədək iştirak edən Bakının “İnter” klubunun yarımmüdafiəçisi Dmitri Kruqlovun da hesabından 1 oyun silinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR