Bank Of Baku

Azərbaycanın futzal çempionatında yeni rekord müəyyənləşib

Azərbaycanın futzal çempionatında yeni rekord müəyyənləşib
# 25 aprel 2011 10:05 (UTC +04:00)
Bakı-APA. Futzal üzrə Naxçıvanın “Araz” klubu yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Joze Alessio da Silvanın yetirmələri klubun ölkə çempionatlarında ən böyük hesablı səfər qələbəsini qazanıb. “Araz” ölkə çempionatının XVII turunun “Azecolab”la oyununda 40:1 hesabı ilə qalib gəlib. Bu, “Araz”ın ölkə çempionatının oyunlarında 40 dəqiqəyə 40 qol vurduğu ilk səfər qarşılaşmasıdır. Naxçıvanlılar elə bu komandanı ötən ay öz meydanında 54:4 hesabı ilə məğlub etmişdi.

Turun digər matçlarında isə “Azmetko” “Qarabağ veteranları”nı 3:2 hesabı ilə udub. “Ekol” – “Neftçi” İSM-ə 0:2 hesabı ilə uduzub. Öz rekordunu müəyyənləşdirən “Araz”da məhz “Ekol”un Azərbaycan rekorduna çata bilməyib.

Belə ki, “Araz”a kimi 2 dəfə ölkə çempionatında 40 və daha artıq qol vuran komanda olub. 2009/10 mövsümünün 2009-cu il noyabrın 30-da keçirilən 10-cu turunda “Ekol” “Abşeron”u darmadağın edib – 57:0. 2007/08 mövsümündə isə TT “Futbol+” qəzetinin komandasını 40:0 hesabı ilə üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR