Bank Of Baku

“Neftçi” Avropa kuboklarına vəsiqəni təmin edib

“Neftçi” Avropa kuboklarına vəsiqəni təmin edib
# 25 aprel 2011 10:06 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Premyer Liqasının XVIII turundan sonra Bakının “Neftçi” klubu ilk “üçlük”də yerini təmin edib. Apasport.az saytının məlumatına görə, çempionluğun bir addımlığında olan Arif Əsədovun yetirmələri son 4 turun nəticələrindən asılı olmayaraq minimum bürünc medalı təmin ediblər. Bununla da “Neftçi” 2 uğursuz mövsümdən sonra mükafatçılar sırasında yerini qaytarıb. Bakılılar sonuncu dəfə 2007/08 mövsümündə 3-cü olublar.

İlk “üçlük”də yerini təmin edən “ağ-qaralar” avrokuboklara vəsiqəni də təmin edib. “Neftçi” ən azı Avropa Liqasında çıxış edəcək. Sonuncu dəfə 2008/09 mövsümündə İntertoto kubokunda çıxış edən “Neftçi” 3 illik fasilədən sonra qitə arenasına çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR