Bank Of Baku

“Neftçi”nin sabiq qapıçısı Ukrayna milli komandasına məşqçi təyin olunub

“Neftçi”nin sabiq qapıçısı Ukrayna milli komandasına məşqçi təyin olunub
# 25 aprel 2011 16:09 (UTC +04:00)
Bakı – APA. Ukrayna milli komandasının baş məşqçisi təyin olunan Oleq Bloxinin rəhbərliyi altında işləyəcək çalışdırıcıların siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, 59 yaşlı mütəxəssisə yığmada 3 məşqçi kömək edəcək. Belə ki, Bloxin 1/4 final mərhələsinə qədər yüksəldikləri DÇ-2006-da köməkçiləri olan Andrey Bal, Semyon Altman və Yuri Romenski ilə çalışmaq arzusundadır. Bloxinin digər köməkçisi Oleq Kuznetsov isə gənclər yığmasında işləyəcək.

Yalnız baş məşqçinin əsas köməkçisinin adı hələ qaranlıq qalır. Bu, yaxınlaradək baş məşqçi vəzifələrini icra edən Yuri Kalitvintsevdən asılıdır. Bloxin onu köməkçisi görmək istəsə də, ehtiyat variant kimi Balı görür. Kalitvintsev daha çox etika naminə edilən təklifə “yox” deyəcəyi halda, 5 il əvvəlki “dördlüy”ün iş başında olmasına imkan verəcək.

Qapıçılarla işləyəcək Romenski Azərbaycan futbolunun əfsanəvi qolkiperlərindən sayılır. 1952-ci ildə Mingəçevirdə anadan olan istedadlı qapıçı yerli “Ulduz” və “Toxucu” komandalarında oynayıb. 1971-ci ildə “Neftçi”yə keçən Romenski 7 il şərəfini qoruduğu komandada ciddi uğura nail olmayıb. Ukraynaya köçdükdən sonra “Çernomorets”, Kiyev “Dinamo”sunda oynamış qapıçı 2 dəfə SSRİ çempionu və 1 bürünc medalın sahibi olub. Üstəlik milli komandaya da cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR