Bank Of Baku

“Qızıl buts” mükafatını almağa əsas namizədlər Messi və Ronaldodur

“Qızıl buts” mükafatını almağa əsas namizədlər Messi və Ronaldodur
# 26 aprel 2011 09:40 (UTC +04:00)
Bakı-APA. Avropa ölkələrinin milli çempionatlarında ən çox qol vuran futbolçu üçün təsis olunan “Qızıl buts” mükafatına namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitədə mövsümün başa çatmasına təxminən 1 ay qalmış mükafata əsas 2 iddiaçı planetin ən güclüləri Lionel Messi və Kriştianu Ronaldodur.

Primeroda vurduğu 31 qol sayəsində hesabında 62 xal olan Messiyə yalnız portuqaliyalı çata bilər. 3-cü pillədə qərarlaşan futbolçular mövsümün son matçlarında 5 qol fərqini aradan qaldırmalıdır.

Qeyd edək ki, Avropanın ən yaxşı bombardiri müəyyənləşərkən “Böyük beşlik” çempionatlarındakı hər qol 2 əmsalına vurulur. Ortabab çempionatların əmsalı 1,5, Azərbaycan Premyer Liqası kimi zəif turnirlərin əmsalı isə 1-ə bərabərdir.

1. Lionel Messi (“Barselona”) – 62 (31x2)
2. Kriştiano Ronaldo (“Real”) – 58 (29x2)
3. Antonio di Natale (“Udineze”) – 52 (26x2)
3. Edison Kavani (“Napoli”) – 52 (26x2)
5. Mario Qomes (“Bavariya”) – 46 (23x2)
6. Dimitar Berbatov (“Mançester Yunayted”) – 42 (21x2)
6. Mussa Sou (“Lill”) – 42 (21x2)
8. Papis Sisse (“Frayburq”) – 40 (20x2)
8. Samuel Eto’O (“İnter”) - 40 (20x2)
10. Kenni Miller (“Bursaspor”) – 39 (26x1,5)
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR