Bank Of Baku

Erik Gerets “Qalatasaray”ın təklifini rədd edib

Erik Gerets “Qalatasaray”ın təklifini rədd edib
# 26 aprel 2011 15:12 (UTC +04:00)
Bakı – APA. Belçikalı mütəxəssis Erik Gerets “Qalatasaray” klubundan aldığı təkliflə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı 2 il çalışdırdığı, Türkiyə çempionu etdiyi “Cim Bom”a qayıtmaq təklifini rədd edib. Gerets bunu baş məşqçisi olduğu Mərakeş yığmasından ayrılmaq istəməməsi ilə əsaslandırıb.
O, məqsədinin bu milli komandada yaxşı şeylər etmək olduğunu qonağı olduğu idman kanalının proqramında söyləyib: “Mərakeş Futbol Federasiyası ilə 4 illik müqavilə imzalamışam. Haqqında çıxan transfer dedi-qodularına alışmışam. Ancaq vəzifəmdən getməyi qəti düşünmürəm. İndi beynimdə yalnız iyunun 4-də Əlcəzair yığması ilə oyun durur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR