Bank Of Baku

Rumıniya klubu Azərbaycandakı futbolçularını geri çağırır

Rumıniya klubu Azərbaycandakı futbolçularını geri çağırır
# 30 aprel 2011 16:05 (UTC +04:00)
Bakı – APA. “Xəzər Lənkəran” klubu yay fasiləsində 2 futbolçusunu itirəcək. Apasport.az saytının məlumatına görə, rumıniyalı legionerlər Nikulae Muşat və Manuel Skarlatake mövsüm bitdikdən sonra cənub təmsilçisindən ayrıla bilərlər.

Belə ki, Rumıniyanın “Dinamo” klubu “Xəzər Lənkəran”a icarəyə verdiyi oyunçuları geri qaytarmaq niyyətindədir. Buxarest təmsilçisinin baş məşqçisi İoan Andone komandasının hər 2 futbolçuya ehtiyacı olduğunu, bu səbəbdən onları geri qaytaracaqlarını açıqlayıb.

Qeyd edək ki, Muşat və Skarlatake qış fasiləsində “Xəzər Lənkəran”a keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR