Bank Of Baku

Azərbaycan millisi avqustda Makedoniya yığması ilə qarşılaşacaq

Azərbaycan millisi avqustda Makedoniya yığması ilə qarşılaşacaq
# 04 may 2011 08:57 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının növbəti yoxlama oyunundakı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri Makedoniya yığması ilə görüşəcək.

Bu görüş cari ilin avqustun 10-da Bakıda keçiriləcək. Qarşılaşmanın başlanma saatı hələ dəqiqləşməyib.

Qeyd edək ki, Makedoniya yığmasının son matçlarında heyətə çağırılan 3 futbolçusu Azərbaycan çempionatında çıxış edirlər. Az əvvəl “Neftçi” ilə ölkə çempionu olan İqor Mitreski və Slavko Gerorgiyevski, həmçinin “İnter”li Filip Despotovski Makedoniya yığmasının üzvləri sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR