Bank Of Baku

Mançester Yunayted (İngiltərə) 4 : 1 Şalke (Almaniya)

Mançester Yunayted (İngiltərə) 4 : 1 Şalke (Almaniya)
# 04 may 2011 22:41 (UTC +04:00)
Bakı-APA. UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçı Mançester Yunayted (İngiltərə) – Şalke (Almaniya) 4:1 hesabla nəticələnib.

APA-nın verdiyi xəbərə görə, Mançesterin Old Trafford stadionundakı matçda MY-din ilk qolunu 26-cı dəqiqədə Valensiya vurdu. 4 dəqiqədən sonra Gibson hesabı 2:0 çatdırıb. Oyunun 35 dəqiqəsində Xurado Şalkenin cavab qolunu vurub. Matçın ikinci hissəsində MY-nın futbolçusu Anderson 72-ci və 76-cı dəqiqədə hesabı 4:1 çatdırıb.

Xatırladaq ki ilk oyunda Mançester Yunayted 2:0 hesabla qələbə qazanıb.

Beləliklə UEFA Çempionlar Liqasının finalında Mançester Yunayted “Barselona” ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR