Bank Of Baku

“Xəzər Lənkəran” futbol klubuna hollandiyalı məşqçi gəlir

“Xəzər Lənkəran” futbol klubuna hollandiyalı məşqçi gəlir
# 05 may 2011 15:14 (UTC +04:00)
Bakı – APA. “Xəzər Lənkəran” futbol komandasına daha bir əcnəbi mütəxəssis gəlir. Apasport.az saytının məlumatına görə, cənublular aşağı yaş qruplarından olan komandalarla işi gücləndirmək üçün Hollandiyadan məşqçi dəvət edib.

Bu, məşhur “Alkmaar” klubunun məşqçisi Gideon van der Vidir. 30 yaşlı gənc mütəxəssis Hollandiya təmsilçisinin C1 komandasında məşqçi kimi çalışır.

Qeyd edək ki, məşqçinin dəvət olunmasında “Xəzər Lənkəran”ın hollandiyalı idman direktoru Fabian Veldviyk vasitəçi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR