Bank Of Baku

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts məhkəməyə müraciət etdi

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts məhkəməyə müraciət etdi
# 06 may 2011 10:06 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin baş məşqçisi Berti Foqts xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 65 yaşlı mütəxəssis məişət probleminin həlli üçün məhkəməyə müraciət edib.

Məsələ ondadır ki, Foqtsla “Edeka” supermarketi arasında narazılıq yaranıb. Mütəxəssis və sabiq xanımına məxsus Karst şəhərindəki evin 1-ci mərtəbəsində yerləşən mağaza sahibləri ilə anlaşılmazlığa su səbəb olub.

Belə ki, evdən daman su supermarketə ziyan vurub. İndi mağaza rəhbərliyi mütəxəssisdən dəymiş ziyanı ödəməyi tələb edir. Onların iddiasına görə, yığmamızın baş məşqçisi 9270,77 avro ödəməlidir. Foqts isə bu məbləği şişirdilmiş sayır və məsələni məhkəmədə həll etməyə qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR