Bank Of Baku

Jurnalistlərlə Milli Məclisin deputatları arasında futbol görüşü keçiriləcək

Jurnalistlərlə Milli Məclisin deputatları arasında futbol görüşü keçiriləcək
# 06 may 2011 14:58 (UTC +04:00)
Bakı – APA. Mayın 12-də Azərbaycan jurnalistləri ilə Milli Məclisin deputatları arasında futbol görüşü keçiriləcək. Apasport.az saytının xəbərinə görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda saat 16:30-da başlayacaq.

Jurnalistlər və deputatlar arasındakı oyun Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq. Bu münasibətlə ilk oyun bu il mart ayının 19-da “Şəfa” stadionunda jurnalistlərlə polislər arasında baş tutub.

Qeyd edək ki, tədbirlər planına jurnalistlərin veteran futbolçularla da matçının təşkili və idman mövzusunda yazan jurnalistlərin mükafatlandırılmaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR