Bank Of Baku

Gürcüstanda 5 futbolçu ömürlük cəzalandırılıb

Gürcüstanda 5 futbolçu ömürlük cəzalandırılıb
# 11 may 2011 07:30 (UTC +04:00)
Bakı – APA. Gürcüstan çempionatında oynayan 5 futbolçu ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, Spartak Qoqiya, Kaxaber Kirtadze (hər ikisi “Samtderiya”), Roin Oniani, Levan Vartaqava (hər ikisi “Baya”) və Qiqa Beçvaya (“VİT-Corciya”) bir daha yaşıl meydanda çıxış edə bilməyəcəklər.

Buna səbəb gürcü futbolçuların totalizatorla əlaqələri nəticəsində danışılmış oyunlarda iştirak etmələrin təsdiqlənməsidir. Gürcüstan Futbol Federasiyasının müvafiq komitəsinin 9 üzvü oyunçuların ömürlük, 8 üzvü isə 5 illiyə diskvalifikasiya edilməsinə səs verib. Nəticədə 1 səs ağır cəza ilə nəticələnib.

Qeyd edək ki, bu futbolçulardan Qoqiya ilə Beçvaya öz komandalarının kapitanlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR