Bank Of Baku

Jurnalistlərlə Milli Məclisin deputatları arasında futbol matçı həmkarlarımızın 5-4 hesablı qələbəsi ilə başa çatıb - FOTOSESSİYA

Jurnalistlərlə Milli Məclisin deputatları arasında futbol matçı həmkarlarımızın 5-4 hesablı qələbəsi ilə başa çatıb - <font color=red>FOTOSESSİYA </font>
# 12 may 2011 15:19 (UTC +04:00)
APA-nın xəbərinə görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Gərgin mübarizə şəraitində keçən oyun 5-4 hesabı ilə həmkarlarımızın qələbəsi ilə başa çatıb. APA İnformasiya Agentliyinin baş direktor müavini Nurşən Quliyev rəqib qapıdan 3 top keçirərək hettrikə imza atıb.

Jurnalistlər və deputatlar arasındakı oyun Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində keçirilib. Bu münasibətlə ilk oyun bu il mart ayının 19-da “Şəfa” stadionunda jurnalistlərlə polislər arasında baş tutub.

Qeyd edək ki, tədbirlər planına jurnalistlərin veteran futbolçularla da matçının təşkili və idman mövzusunda yazan jurnalistlərin mükafatlandırılmaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR