Bank Of Baku

Bu gün “Galatasaray” klubunda prezident seçkiləridir

Bu gün “Galatasaray” klubunda prezident seçkiləridir
# 14 may 2011 09:15 (UTC +04:00)
Bakı-APA. Bu gün “Galatasaray” klubunun fövqəladə seçim toplantısı keçirilir. APA-nın məlumatına görə, Galatasaray Liseyi Tevfik Fikret salonunda keçirilən toplantıda klubun prezidenti postuna seçkilər keçiriləcək. Bu post uğurnd Ünal Aysal, Mehmet Halvaçı və Turqay Kıran mübarizə aparır. Seçiləcək prezident “Galatasaray” klubunun sayca 34-cü prezidenti olacaq. Yeni nizamnaməyə əsasən, seçiləcək prezident 3 il müddətində bu vəzifəni icra edəcək. Seçkilərdə 6988 Konqres üzvü səsvermə hüququndan istifadə edəcək. Səsvermə prosesinin Bakı vaxtı ilə saat 17.00-da başa çatması nəzərdə tutulur. Hər üç namizəd Galatasaray liseyinin məzunudur. Ünal Aysal prezident seçiləcəyi təqdirdə Erik Gerets, Mehmet Halvaçı seçiləcəyi halda Abdullah Avcı, Turqay Kıran seçiləcəyi təqdirdə Otto Rexagel ilə müqavilə imzalayacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR