Bank Of Baku

Bakıda yeni futbol meydançasının açılışı keçirilib

Bakıda yeni futbol meydançasının açılışı keçirilib
# 19 may 2011 12:27 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Bakıda “Vətən” Respublika İxtisaslaşdırılmış Uşaq Gənclər İdman Məktəbində futbol meydançasının açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, meydançanın tikintisi AFFA ilə Təhsil Nazirliyinin bircə proqramı çərçivəsində baş tutub. O deyib ki, yaxınlıqdakı iki orta məktəbin şagirdləri həmin futbol meydançasında idmanla məşğul ola biləcəklər: “Burada 800-dək uşaq idmanla məşğul ola biləcək. AFFA buranı bütün avadanlıqlarla təchiz edib. Gələcəkdə top, idman geyimləri və digər məsələlərdə də köməklik göstəriləcək”.

Uşaq futbolunun inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlərdən danışan R. Abdullayev bu istiqamətdə ciddi işlər görüldüyünü söyləyib: “İstəyirik ki, uşaqların futbolla məşğul olmaları üçün hər bir şərait yaradaq. Artıq 13-17 yaş qrupları üzrə liqalar yaradılıb. Təhsil Nazirliyi ilə birlikdə Gəncə, Sumqayıt və Qəbələdə regional futbol yarışları keçirilir. Bu işlər davam etdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR