Bank Of Baku

Kriştianu Ronaldo ikinci dəfə “Qızıl buts” mükafatına sahib çıxıb

Kriştianu Ronaldo ikinci dəfə “Qızıl buts” mükafatına sahib çıxıb
# 23 may 2011 12:54 (UTC +04:00)
Bakı - APA. Dünyanın ən bahalı futbolçusu olan Kriştianu Ronaldo karyerasında 2-ci dəfə “Qızıl buts”a sahib çıxıb. Apasport.az saytının məlumatına görə, Madridin “Real” klubunun 26 yaşlı portuqaliyalı hücumçusu Avropa çempionatlarının bombardirinə verilən mükafatı qazanıb. Ronaldo cari mövsümdə bütün turnirləri nəzərə alsaq, 53 qol vurub ki, bunun 40-ı İspaniya Primerosunda olub.

Kriştianu ilk dəfə “Mançester Yunayted”də oynadığı 31 qolla İngiltərə Premyer Liqasının bombardiri kimi “Qızıl buts”a layiq görülüb. UEFA-nın qaydalarına görə, “Böyük beşlik” ölkələrinin bombardirlərinə vurduqları qollara görə 2, 6-dan 21-ə kimi 1,5, qalanlarına 1 əmsalı verilir. Deməli, Ronaldo 40 xal qazanaraq, ən yazın izləyicisi olan “Barselona”nın argentinalı hücumçusu Lionel Messini 18 xal qabaqlayıb.

Ronaldonun uğuru nəticəsində artıq 3-cü ildir İspaniya çempionatının iştirakçısı qalib olur. Ötən mövsüm Messi 34, bundan əvvəl uruqvaylı hücumçu Dieqo Forlan (“Atletiko”, Madrid) 32 qolla 1-ci olmuşdu və göründüyü kimi, artım tempi müşahidə olunur. “Real”ın futbolçusu sonuncu dəfə 21 öncə “Qızıl buts”u almışdı. Bu, madridlilərin əfsanəvi meksikalı hücumçusu Uqo Sançes (34) olub.

Qeyd edək ki, postsovet məkanında bombardir Moskva “Spartak”ının braziliyalı hücumçusu Velliton olub – 19 qol. Premyer Liqamızın gürcü bombardiri Georgi Adamiya 18 qolla 18 xal toplayıb. “Qarabağ”ın hücumçusu ilk “150-liy”ə düşməyib.

Avropada bombardirlərin ilk “10-luğ”u

1. Kriştianu Ronaldo (“Barselona”, İspaniya) – 40 qol (80 xal)
2. Lionel Messi (“Real, İspaniya) – 31 (62)
3. Andre di Natale (“Udineze, İtaliya) – 28 (56)
4. Mario Qomes (“Bavariya”, Almaniya) – 28 (56)
5. Edison Kavani (“Napoli”, İtaliya) - 26 (52)
6. Musa Sou (“Lill”, Fransa) – 22 (44)
7. Papiss Demba Sisse (“Frayburq, Almaniya) – 22 (44)
8. Kevin Qameyro (“Loryent”, Fransa) – 21 (42)
9. Aleks (“Fənərbaxça”, Türkiyə) – 28 (42)
10. Samuel Eto’O (“İnter”, İtaliya) – 21 (42)
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR