Bank Of Baku

“Parlament kuboku 2011” futbol turniri zamanı komandalardan birinin heyətində üç “lipa” aşkarlanıb

“Parlament kuboku 2011” futbol turniri zamanı komandalardan birinin heyətində üç “lipa” aşkarlanıb
# 23 may 2011 12:57 (UTC +04:00)
APA-nın məlumatına görə, heyətində peşəkar futbolçu oynayan komanda Nəqliyyat Nazirliyinin olub.

Belə ki, bu il mayın 18-də “C” qrupunda yer almış Vergilər və Nəqliyyat nazirliklərinin komandaları arasında keçirilən oyunun başa çatmasından dərhal sonra Vergilər Nazirliyinin futbol komandasının üzvləri tərəfindən turnirin təşkilat komitəsinə rəqib komandanın heyətində peşəkar futbolçuların oynadığı bildirilib.

Vergilər Nazirliyinin futbol komandasının “Parlament kuboku 2011” futbol turnirin təşkilat komitəsinə ünvanladığı müraciətə əsasən, turnirin təşkilat komitəsi tərəfindən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) peşəkar futbolçu olmaları ilə bağlı iddia irəli sürülmüş şəxslər haqqında sorğu göndərilib. AFFA-dan göndərilən cavabda adları göndərilən şəxslərdən ikisinin həqiqətən də həvəskar futzal liqasında mübarizə aparan komandalarda iştirakı rəsmi olaraq təsdiqlənib.

Bununla əlaqədar “Parlament kuboku 2011” futbol turnirinin təşkilat komitəsinin verdiyi qərara əsasən, Vergilər və Nəqliyyat Nazirliklərinin futbol komandaları arasında keçirilən oyunun nəticəsi qüvvədə saxlanılmaqla, üç nəfər (Məmmədov Elnar, Məmmədov Vüqar Rəfi oğlu və Fərzəliyev Rüfət Fərrux oğlu) Nəqliyyat Nazirliyinin futbol komandasının heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, Vergilər və Nəqliyyat Nazirliklərinin futbol komandaları arasında keçirilən oyunda nəqliyyatçılar qalib gəlib (1-3).

12 dövlət qurumunun əməkdaşlarından ibarət komandalar arasında oyunlar hazırda davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR