Fatih Terim Bakıya gəlir
24 may 2011 14:22 (UTC +04:00)
Bakı – APA. Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək daha bir fəxri qonağın adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu möhtəşəm mərasimdə fəxri qonaqlarından biri də Türkiyənin tanınmış məşqçisi, bu günlərdə “Qalatasaray” klubuna baş məşqçisi təyin olunmuş Fatih Terim olacaq.
O, Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə bu il iyunun 6-da, saat 20:00-da “Buta Palace”da baş tutacaq təntənəli mərasimdə iştirak edəcəyini təsdiqləyib.
Qeyd edək ki, tədbirdə FİFA və UEFA-nın, bir çox milli assosiasiyaların rəhbərliyi, həmçinin ölkə futbol ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

Futbol
DÇ-2026-nın seçmə mərhələsi: Argentina və Braziliya məğlub olub
09:50
11 sentyabr 2024
Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər
00:54
11 sentyabr 2024
"Qarabağ"ın futbolçusu Türkiyə klubuna keçib
22:39
10 sentyabr 2024
Millətlər Liqasında Türkiyə İslandiyanı 3:1 məğlub etdi
00:48
10 sentyabr 2024