Bank Of Baku

“Hannover” komandasının futbolçusu: “Babam azərbaycanlıdır”

“Hannover” komandasının futbolçusu: “Babam azərbaycanlıdır”
# 01 iyun 2011 09:46 (UTC +04:00)
Bakı – APA. “Babam əslən azərbaycanlıdır”. Bunu apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ali Demirkan deyib.

Azərbaycan yığması dünən Lənkəranda yoldaşlıq matçında qüvvəsini sınadı. Moldova üzərində qazandığımız 1:0 hesablı qələbədə millimizin heyətində yeni futbolçular da meydana çıxdı ki, bunlardan da biri Almaniyadan gələn soydaşımız Demirkandır.

O bildirib ki, ailəsi Qarabağ müharibəsi zamanı Türkiyəyə köçüb: “Mən Almaniyada “Hannover-2” komandasında oynayıram. Azərbaycan yığmasına gəlincə, heyətdə yaxşı futbolçular var. Maraqlı oyun izlədik. Etiraf edim ki, bizi çətin görüşlər gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR