Bank Of Baku

Yozef Blatter FİFA-nın yeni prezidenti kimi ilk səfərini Azərbaycana edəcək

Yozef Blatter FİFA-nın yeni prezidenti kimi ilk səfərini Azərbaycana edəcək
# 02 iyun 2011 10:11 (UTC +04:00)
Bakı – APA. Mərdəkan qəsəbəsində AFFA tərəfindən inşa olunmuş Futbol Mərkəzinin, eyni zamanda bu mərkəzə daxil olan “Dalğa Arena”nın açılış mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tədbir iyunun 6-da keçiriləcək. Saat 09:00-da başlayacaq açılış mərasimində FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və digər rəsmi şəxslər iştirak edəcək. Bu, Blatterin iyunun 1-də FİFA-da keçirilən prezident seçkilərindən sonra ilk səfəridir.

Qeyd edək ki, iyunun 6-da “Buta Palace”də Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş tədbir də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR