Bank Of Baku

Azərbaycanda FİFA və UEFA prezidentlərinin iştirakı ilə yeni stadionun açılışı olub

Azərbaycanda FİFA və UEFA prezidentlərinin iştirakı ilə yeni stadionun açılışı olub
# 06 iyun 2011 08:00 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, AFFA tərəfindən Mərdəkanda inşa olunmuş AFFA Futbol Mərkəzində “Dalğa Arena”nın və yardımçı meydanın açılış mərasimi olub.

Ölkəmizə səfər edən FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platini AFFA prezidenti Rövnəq Abdullayevlə birgə açılış mərasimində iştirak ediblər.

FİFA, UEFA və AFFA prezidentləri açılışdan sonra ərazini gəzib, əsas meydana baxış keçiriblər. Onlar meydanın ortasında üstündə FİFA, UEFA, AFFA-nın emblemləri olan şarları göyə buraxıblar. Daha sonra Blatterlə Platini meydanda olan 17 yaşlı qızlardan ibarət yığma komandamızın üzvləri ilə görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR