Bank Of Baku

Azərbaycan paytaxtında 65 min nəfərlik Olimpiya Stadionunun təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan paytaxtında 65 min nəfərlik Olimpiya Stadionunun təməlqoyma mərasimi keçirilib - <font color=red>YENİLƏNİB</font>
# 06 iyun 2011 12:40 (UTC +04:00)
Bakı – APA. İyunun 6-da Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, həmçinin FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak ediblər.

Prezident İ. Əliyevə məlumat verilib ki, paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub.

Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.

Sonra dünya və Azərbaycan futbol tarixindən bəhs edən film nümayiş olunub.

Azərbaycan prezidenti İ. Əliyev, UEFA prezidenti M. Platini və FİFA prezidenti Y. Blatter mərasimdə nitq söyləyiblər.

Daha sonra stadionun təməlqoyma mərasimi olub.

Dövlət başçısı metal gilizi rəmzi topun içərisinə qoyub. Prezidentin oğlu Heydər Əliyev topu rəmzi qapıya vuraraq bünövrəyə salıb.

Dövlət başçısı beton qarışığı tökən qurğunu işə salıb.

Prezident İ. Əliyev, FİFA və UEFA prezidentləri xatirə topunu imzalayıblar.

Mərasimdə iştirak edən qonaqlar dövlət başçısına Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.

Qeyd edək ki, stadion Böyük Şor qəsəbəsində, Əzizbəyov metrosu yaxınlığında tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR