Bank Of Baku

Rövnəq Abdullayev: “Həm dövlətimizin futbola qayğısını, həm də FİFA və UEFA-nın dəstəyini hissi edirik”

Rövnəq Abdullayev: “Həm dövlətimizin futbola qayğısını, həm də FİFA və UEFA-nın dəstəyini hissi edirik”
# 06 iyun 2011 16:35 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev bu gün FİFA və UEFA prezidentləri Yozef Blatter və Mişel Platini ilə birgə keçirdikləri mətbuat konfransında deyib. R. Abdullayev FİFA və UEFA prezidentlərinin futbolumuzun 100 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirakını yüksək qiymətləndirib: “Biz həm dövlətimizin futbola qayğısını, həm də FİFA və UEFA-nın dəstəyini hissi edirik”.

AFFA prezidenti Qazaxıstan yığmasına məğlubiyyətdən sonra Bakıya qayıdan milli komandamızla görüşərək, Almaniya ilə ev oyununda onların qarşısında vəzifə qoyduğunu deyib: “AFFA rəhbərliyi futbolçular qarşında nə vəzifə qoya bilər? Yaxşı oynamaq. Hər görüşdə yaxşı oyun, nəticə gözləyirik. Millimizin Almaniya ilə görüşdə yaxşı oynayacağımıza inanırıq”.

Qeyd edək ki, mətbuat konfransından sonra FİFA prezidenti AFFA prezidentinə xatirə hədiyyəsi təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR