Bank Of Baku

Berti Foqts: “İstefa vermək fikrim yoxdur”

Berti Foqts: “İstefa vermək fikrim yoxdur”
# 08 iyun 2011 09:14 (UTC +04:00)
Bakı – APA. “Almaniya yığması belə oynamaqda davam edərsə, Avropa çempionu olacağını düşünürəm. Öz oyunumuza gəlincə, ilk 30 dəqiqədə yaxşı çıxış etsək də, sonra aqressiv ola bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avro-2012-nin seçmə mərhələsində Bakıda Almaniya yığması ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Millimizin almaniyalı çalışdırıcı həmyerlilərinə 1:3 hesabı ilə uduzduğu görüşdə son saniyələrdə buraxdığı qola daha çox üzülüb: “Almaniya kimi komandalar belə səhvləri bağışlamır. Üçüncü qol isə məni çox təəssüfləndirdi. Artıq neçənci dəfədir ki, əlavə dəqiqələrdə qol buraxırıq”.

Foqts istefa vermək fikrində olmadığını da bildirib: “AFFA ilə müqaviləm seçmə mərhələnin sonuna qədərdir. Heç yerə getmək fikrində deyiləm. İstefa vermək fikrim yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR