Bank Of Baku

Yoahim Löv: “Azərbaycanlı futbolçular canla-başla mübarizə apardılar”

Yoahim Löv: “Azərbaycanlı futbolçular canla-başla mübarizə apardılar”
# 08 iyun 2011 09:28 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan yığması ilə görüşdə bir neçə gənc futbolçunun oynamasına şərait yaratdıq. Futbolçularımız Bakıya yorğun gəlmişdilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Azərbaycan yığması ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Avro-2012-nin seçmə mərhələsində ardıcıl 7-ci qələbəsini Bakıda qazanan Bundestim milli komandamızı 3:1 hesabı ilə məğlub edib. Löv əsas heyətin 8 futbolçusunun meydana çıxa bilmədiyini söyləyib: “Onları gənc futbolçularla əvəzləmişdim. Azərbaycanla oyundan sonra komanda üzvləri yaxşı dincəlmək şansı qazandılar. Amma onlar fərdi qaydada hazırlaşacaqlar. Azərbaycan yığmasına gəlincə, meydanda istəkli görünürdü, futbolçular canla-başla mübarizə apardılar. Çətin vəziyyətlərdən çıxmağı bacardılar. Amma təcrübə öz sözünü dedi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR