Bank Of Baku

“Neftçi” klubu mövsümlərası fasilədə ilk transferini reallaşdırıb

“Neftçi” klubu mövsümlərası fasilədə ilk transferini reallaşdırıb
# 10 iyun 2011 08:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının “Neftçi” klubu mövsümlərası fasilədə ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, qapıçı axtarışında olan paytaxt təmsilçisi Belqradın “Srvena Zvezda” komandasından dəvət etdiyi Saşa Stamenkoviçin keçidini rəsmiləşdirib.

Tərəflər arasında danışıqlar müsbət nəticələnib. 1,94 metr boya malik 26 yaşlı serb qapıçı ilə daha 1 il uzadılması mümkün olması şərti ilə 2 illik müqavilə imzalanıb. Stamenkoviç bu gün Türkiyəyə təlim-məşq toplanışına yollanan “Neftçi”nin hazırlığında iştirak edəcək.

Qeyd edək ki, Saşa cari ildə “Srvena Zvezda”dan ölkəmizə gələn 2-ci qapıçı oldu. Bundan öncə qış fasiləsində “Qarabağ” Boyan Pavloviçi transfer etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR