Bank Of Baku

Sabah Bakıda beynəlxalq futbol turniri start götürəcək

Sabah Bakıda beynəlxalq futbol turniri start götürəcək
# 10 iyun 2011 09:33 (UTC +04:00)
Bakı – APA. Sabah Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında “Caspian Cup” beynəlxalq turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, iyunun 16-dək davam edəcək yarışa 8 komanda qatılacaq. A qrupunda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan, B qrupunda isə İspaniya, Gürcüstan, Qazaxıstan və Tacikistan yığmaları çıxış edəcək.

Turnirin açılış mərasimi sabah saat 16:30-da “Dalğa Arena”da keçiriləcək. İlk oyun gününün təqvim belədir:

11 iyun
10:00. Gürcüstan – Qazaxıstan
Şağan Olimpiya İdman Kompleksi

10:00. İspaniya – Tacikistan
“Dalğa Arena”

16:30. Açılış mərasimi
“Dalğa Arena”

17:00. Azərbaycan – Qırğızıstan
“Dalğa Arena”

19:30. Türkiyə – Özbəkistan
“Dalğa Arena”

Qeyd edək ki, turnir futbolumuzun 100 illik yubileyinə həsr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR