Bank Of Baku

Qubada Azərbaycan futbolunun 100 illik yubileyi qeyd edilib

Qubada Azərbaycan futbolunun 100 illik yubileyi qeyd edilib
# 11 iyun 2011 11:17 (UTC +04:00)
Quba. Zaur Quliyev-APA. Quba Olimpiya idman Kompleksində Azərbaycan futbolunun 100 illik yubileyi və Qubanın “Spartak” komandasının Azərbaycan çempionu olmasının 50 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
Mərasimdə Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov, Regional Futbol Federasiyaları İctimai Birliyinin sədri, AFFA icraiyyə komitəsinin üzvü İsgəndər Cavadov, Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şəmilov iştirak edib.
Regional Futbol Federasiyaları İctimai Birliyinin sədri İsgəndər Cavadov çıxışında Azərbaycan futbolunun 100 illik tarixinə, o tarixin 50 ilini əhatə edən Quba futbolunun keçdiyi yola nəzər salıb. Daha sonra İ. Cavadov 1961-ci ildə çempion olmuş Quba futbolunun veteranlarına təmsil etdiyi qurumun adından fəxri fərman və top hədiyyə edib.
Rəsmi açılış mərasimindən sonra Quba rayon İcra Hakimiyyətinin, Regional Futbol Federasiyaları İctimai Birliyi, AFFA Şimal Regional Futbol Federasiyası və Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş rayon çempionatının startı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR