Bank Of Baku

Azərbaycan çempionunun rəqibləri iyulun 6-da müəyyənləşəcək

Azərbaycan çempionunun rəqibləri iyulun 6-da müəyyənləşəcək
# 14 iyun 2011 11:04 (UTC +04:00)
Bakı – APA. Futzal üzrə UEFA kubokunun püşkatmasının tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin futzal üzrə yeganə klub turnirinin püşkü iyulun 6-da atılacaq.

Ardıcıl 7-ci dəfə Azərbaycan çempionu olan Naxçıvanın “Araz” klubunun əsas mərhələdəki rəqibləri də həmin vaxt bilinəcək. UEFA kubokunun bu mərhələsinin qarşılaşmaları isə sentyabrın 24-dən oktyabrın 2-dək keçiriləcək.

Qeyd edək ki, “Araz” 2009/10 mövsümündə UEFA kubokunun bürünc mükafatçısı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR