Bank Of Baku

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişəcək

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişəcək
# 14 iyun 2011 14:54 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, M. Özgənər qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb: “TFF rəhbəri olaraq 3,5 il daşıdığım bu vəzifədə fəaliyyətimi bitirməyə qərar verdim. Bunun iki səbəbi var. Birincisi, yaşadığım yerlə iş yerim arasındakı uzaqlığın ailəmə yaratdığı problemdir. Digəri isə mənə qarşı çıxanlara cavabımdır. Öz istəyimlə vəzifədən gedən bir prezident olaraq tarixə düşdüm. Mətbuata gələn həftə toplantı keçirib, suallarını cavablayacağam. Təşəkkürlərin ən böyüyü ailəmə edirəm. Məni ölümlə hədələyən saxta azarkeşlərə rəğmən, arxamda duran həyat yoldaşıma təşəkkür edirəm”.

Qeyd edək ki, hazırda federasiya prezidentliyinə 2 namizəd var: İstanbul Böyükşəhər Bələdiyyəsi futbol klubunun prezidenti Göksəl Gümüşdağ və TFF İdarə Heyətinin üzvü, Acıbadəm xəstəxana şəbəkəsinin sahibi Mehmet Əli Aydınlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR