Bank Of Baku

UEFA azərbaycanlı hakimlərə təyinat verib

UEFA azərbaycanlı hakimlərə təyinat verib
# 16 iyun 2011 12:47 (UTC +04:00)
Bakı – APA. Azərbaycan hakimləri beynəlxalq oyunlara təyinat alıblar. Apasport.az saytının məlumatına görə, FİFA referisi Anar Salmanov və çimərlik futbolu üzrə FİFA referisi Fuad Həsənov qitə miqyaslı yarışlarda hakimlik edəcəklər.

UEFA Salmanovu Rumıniyaya göndərir. O, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının iyulun 20-dən avqustun 1-ə qədər keçiriləcək final mərhələsinin oyunlarında iştirak edəcək.

Həsənov isə çimərlik futbolu üzrə Avropa çempionatının iyulun 7-dən 10-dək Almaniyanın Berlin şəhərində təşkil olunacaq seçmə mərhələ oyunlarında meydana çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR