Bank Of Baku

2012-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının mükafat fondu açıqlanıb

2012-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının mükafat fondu açıqlanıb
# 17 iyun 2011 14:43 (UTC +04:00)
Bakı – APA. 2012-ci ildə baş tutacaq futbol üzrə Avropa çempionatının mükafat fondu açıqlanıb. Apasport.az saytının məlumatına görə, gələn ilin iyununda Ukrayna və Polşada keçiriləcək final mərhələsinin mükafat fondu 196 milyon avro təşkil edəcək. Bu, UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub və məbləğ Avro-2008-lə müqayisədə 12 milyon avro artırılıb.
Final mərhələsinin hər iştirakçısı 8 milyon, qrupdan çıxan 2 komanda hərəsi 2 milyon avro qazanacaq. Yarımfinal və finala vəsiqənin qiyməti müvafiq olaraq 3 və 4,5 milyon avrodur. Nəhayət, növbəti Avropa çempionu 7,5 milyon mükafat alacaq.
Qrup mərhələsində hər qələbənin qiyməti 1, heç-heçə yarım milyon avrodur. Beləliklə, Avro-2012-in qalibi maksimal olaraq 23,5 milyon avro qazana biləcək. Bundan əlavə, qrupda 3-cü yeri tutaraq, mübarizəni dayandıran komandanın da mükafatlandırılması praktikası tətbiq olunur. Onlar 1 milyon avro alacaqlar.
Qeyd edək ki, milli komandamız Avro-2012-in final mərhələsinə çıxmaq şansı demək olar olmadığından, 8 milyon əldən çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR