Bank Of Baku

“Bursaspor” klubunun rəhbərliyi həbs olunub

“Bursaspor” klubunun rəhbərliyi həbs olunub
# 18 iyun 2011 03:51 (UTC +04:00)
Bakı-APA. Türkiyədə “Bursaspor” klubu ilə bağlı aparılan istintaqın gedişində saxlanılan 9 nəfərdən 4-ü həbs olunub.

Verilən məlumata görə, Bursa polisi Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin apardığı istintaq çərçivəsində, “Cinayətkar məqsədlə dəstə yaratmaq, fırıldaqçılıq, saxtakarlıq, vəzifədən sui-istifadə və vergidən yayınma” ittihamları ilə saxlanılan “Bursaspor” klubunun prezidenti İbrahim Yazıcı, vitse-prezident Haluk Özkıyıcı, keçmiş vitse-prezident Osman Çelik, “Bursaspor” klubu baş müdiri Osman Nuri Biçer barəsində çıxarıldıqları növbətçi məhkəmə həbs qərarı verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR