Bank Of Baku

AZAL iştirak ərizəsini UEFA-ya göndərib

AZAL iştirak ərizəsini UEFA-ya göndərib
# 20 iyun 2011 12:58 (UTC +04:00)
Bakı – APA. Avroliqada ölkəmizi təmsil edəcək Bakının AZAL klubu iştirak ərizəsini UEFA-ya göndərib. Apasport.az saytının məlumatına görə, əsas siyahıya 19 nəfəri daxil edən paytaxt təmsilçisinin daha 1 nəfəri də əlavə etmək imkanı qalır.

Belə ki, əsasnaməyə uyğun olaraq oyuna 1 gün qalmış siyahıya 1 futbolçunun adını daxil etmək mümkündür. Bundan başqa, ikinci siyahıya 1990-cı ildən sonra anadan olan gənc futbolçuları da yazmaq olar. AZAL-ın ilkin iştirak ərizəsinə bu futbolçular daxil edilib. Cahangir Həsənzadə, Amil Ağacanov, Robert Petrov, Aqil Nəbiyev, Usim Nduka, Ritus Krjauklis, Mənsur Limani, Viktor İgbekoyi, Pius İkedia, Tərlan Xəlilov, Vüsal Qarayev, Hüseyn Axundov, Elgün Abbaslı, Cavid Rəhimov, Zohair Benouahi, Enyo Krastovçev, Elşən Məmmədov, Nuqzar Kvirtiya, Orxan Səfiyaroğlu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR