Bank Of Baku

Krunoslav Yurciç: “Bəlkə də “Neftçi” digərləri ilə müqayisədə bizə daha çox əziyyət verəcək”

Krunoslav Yurciç: “Bəlkə də “Neftçi” digərləri ilə müqayisədə bizə daha çox əziyyət verəcək”
# 20 iyun 2011 13:41 (UTC +04:00)
Bakı – APA. “Mən heç vaxt hansısa komanda ilə qarşılaşmaq istəmədiyimizi deməmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Krunoslav Yurciç deyib.

42 yaşlı mütəxəssis “Neftçi” haqda məlumatı elə komandamızın oyunçusundan alıb: “Bu yaxınlarda İqor Mitreski ilə görüşmüşəm. Onunla köhnə dostluğumuz var. Hər şey haqda, o cümlədən, “Neftçi” haqda danışmışdıq. O, demişdi ki, komandasında 5 braziliyalı, üstəlik, Emil Mpenza oynayır”.

Yurciç cütün taleyini ilk matçda həll etmək niyyətində olduqlarını bildirib: “Konkret hansı mərhələyədək irəliləmək vəzifəmizi haqda danışmayacağam. Bircə onu deyim ki, məqsədimiz ən azı qrupda çıxış etməkdir. Bəlkə də “Neftçi” digərləri ilə müqayisədə bizə daha çox əziyyət verəcək. Çünki bu klub elələrindəndir ki, rəhbəri çox imkanlı adamdır. Mənim də ən çox qaçmaq istədiyim belə rəqib idi. İlk oyunun səfərdə olmasını istəyərdim. Lakin oyunun yerini dəyişmək olmaz. İndi vəzifəmiz dəyişir və ilk matçda üstünlüyü təmin etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR