Bank Of Baku

“Makkabi”nin baş məşqçisi: “Xəzər Lənkəran” haqda nəsə söyləmək çətindir”

“Makkabi”nin baş məşqçisi: “Xəzər Lənkəran” haqda nəsə söyləmək çətindir”
# 21 iyun 2011 08:56 (UTC +04:00)
Bakı – APA. Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la qarşılaşacaq İsrailin “Makkabi” klubunun baş məşqçisi Moti İvanir püşkatmaya münasibət bildirib. Apasport.az saytının məlumatına görə, israilli mütəxəssis Azərbaycanın vitse-çempionu ilə qarşılaşmaya ciddi yanaşdıqlarını bildirib.

O bildirib ki, öncədən nəsə demək çətindir və istənilən halda, qalib cavab matçında bəlli olacaq: “Rəqib barədə əvvəlcədən nəsə söyləmək çətindir. Onların ötən mövsümdə çempionatı 2-ci yerdə bitirdiklərini bilirik. “Xəzər Lənkəran” barədə ətraflı məlumat toplayıb, oyuna hazırlaşacağıq”.

Qeyd edək ki, “Xəzər Lənkəran” ilk görüşünü iyulun 14-də Lənkəranda, cavab matçını 1 həftə sonra Təl-Əvivdə keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR