Bank Of Baku

Türkiyə klubu azərbaycanlı futbolçuya birbaşa müqavilə təklif edib

Türkiyə klubu azərbaycanlı futbolçuya birbaşa müqavilə təklif edib
# 21 iyun 2011 10:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının yarımmüdafiəçisi Amit Quluzadə karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 18 yaşlı futbolçu Bank Asiya I Liqasının iddialı klublarından “Erciyesspor”un maraq dairəsindədir.

Bu komanda başa çatan mövsümdə Superliqaya çıxmağa yaxın olsa da, pley-off mərhələsinə yüksəlməyə 3 xalı çatmayıb və onlar 8-ci yerlə kifayətləniblər.

Hazırda “Neftçi” ilə birgə Türkiyədə təlim-məşq toplanışında olan Amit Kayseri təmsilçisinə keçməyə razılıq verib və hətta şəxsi müqaviləsinin detallarını da razılaşdırıb. Türklər yarımmüdafiəçiyə “2+1” illik müqavilə təklif ediblər və futbolçumuzu sınamağa ehtiyac görməyiblər.

Lakin Amitin “Neftçi” ilə müqaviləsinin müddəti başa çatmadığından, türklər həm də “ağ-qaralar”la ortaq məxrəcə gəlməlidirlər. Böyük ehtimalla, paytaxt təmsilçisi futbolçunun keçidinə maneə yaratmayacaq və Amit gələn mövsümə Türkiyə çempionatında başlayacaq. Aşağı dəstədə Azərbaycan futbolçuları legioner sayılmadığından limit həmyerlimiz üçün problem olmayacaq.

Qeyd edək ki, bu ilin əvvəlində futbolçumuz “Fənərbaxça”nın düşərgəsində olsa da, Türkiyə nəhənginin əvəzedici heyətinə keçməkdən imtina etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR