Bank Of Baku

Rusiyalı futbol hakimi təyyarə qəzasında həlak oldu

Rusiyalı futbol hakimi təyyarə qəzasında həlak oldu
# 21 iyun 2011 13:18 (UTC +04:00)
Bakı – APA. Rusiyalı futbol hakimi Vladimir Pettay həlak olub. Apasport.az saytının məlumatına görə, 38 yaşlı referi Moskva-Petrozavodsk təyyarə reysində qəzaya uğrayan sərnişinlər arasında olub. Sərnişinlərin sayı 52 nəfər olub ki, bunlardan 44-ün həlak olduğu bildirilir.

2003-cü ildən Rusiya Premyer Liqasının oyunlarını idarə edən Pettay 3 il sonra qalmaqallı MOİK – “Zenit” görüşündən sonra hakimlikdən kənarlaşdırılıb. 2007-ci ildə bağışlanan rusiyalı yenidən çempionatda idarəçilik edib.

2010-cu ildən FİFA referisi dərəcəsini daşıyan Pettay Azərbaycan çempionu olan Bakının “İnter” klubunun yanvarda Sankt-Peterburqda qalibi olduğu “Birlik kuboku” turnirində hakimlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR