Bank Of Baku

Azərbaycan - Qazaxıstan görüşü Lənkəranda keçiriləcək

Azərbaycan - Qazaxıstan görüşü Lənkəranda keçiriləcək
# 22 iyun 2011 13:58 (UTC +04:00)
Bakı – APA. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin keçirəcəyi daha bir oyunun stadionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 6-da komandamızın Qazaxıstan yığması ilə görüşü Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək.

Bu, millimizin Lənkəranda keçirdiyi 2-ci oyundur. Berti Foqtsun yetirmələri ötən ilin sentyabrında da seçmə matçını cənubda oynamışdı. Həmin vaxt ayın 5-də futbolçularımız DÇ-2010-un seçmə mərhələsində Finlandiya ilə qarşılaşmışdı (1:2).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR