Bank Of Baku

Roberto Karlosa banan atıblar

Roberto Karlosa banan atıblar
# 23 iyun 2011 08:06 (UTC +04:00)
Bakı - APA. Rusiyanın “Anji” klubunun məşhur braziliyalı futbolçusu Roberto Karlos təhqir olunub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın son turunda Samaranın “Krılya Sovetov” klubu ilə səfər oyununun 90-cı dəqiqəsində tribunalardan 38 yaşlı kapitanın başına banan atıblar. “Mən fanatın iyrənc hərəkətindən hiddətlənmişəm. O öz ədəbsizliyi ilə yalnız məni yox, meydanda olan bütün futbolçuları təhqir etdi. Nəinki oyunçular, bütün Rusiya futbolunu. Ümid edirəm ki, Rusiya Futbol İttifaqı, UEFA və FİFA bu iyrənc insidentə adekvat reaksiya verəcək”, - deyə Karlos bildirib.

Qeyd edək ki, Karlos xuliqanın hərəkətə etiraz əlaməti olaraq meydanı final fitinə qədər tərk edib. Milli komandamızın sabiq çalışdırıcısı Vaqif Sadıqovun məşqçisi olduğu “Anji” ilk dövrənin son turunda səfərdə 3:0 hesabı ilə qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR