Bank Of Baku

“Neftçi”nin futbolçusu Türkiyə komandasının düşərgəsinə yollanıb

“Neftçi”nin futbolçusu Türkiyə komandasının düşərgəsinə yollanıb
# 23 iyun 2011 10:48 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının və Bakının “Neftçi” klubunun futbolçusu Amit Quluzadənin Türkiyə təmsilçisi “Erciyesspor”a keçidi gerçəkləşməyə yaxındır. Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi bakılıların başa çatan Türkiyə toplanışından geri qayıtmayıb. Buna səbəb Amitin ona birbaşa müqavilə təklif edən “Erciyesspor”un düşərgəsinə yollanmasıdır. Futbolçumuz Kayseri təmsilçisinə keçidi ilə bağlı klublar arasında danışıqların yekunlaşmasını gözləyir.

Qeyd edək ki, yerli gənc oyunçularının xarici klubdan təklif alacağı halda keçidə əngəl olmayacağını dəfələrlə açıqlayan “Neftçi” rəhbərliyi yarım il əvvəl digər istedadı Araz Abdullayevin “Everton”a transferinə imkan yaratmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR